“Azərişıq” 100 mindən çox yeni sayğac quraşdıracaq

“Azərişıq” 100 mindən çox yeni sayğac quraşdıracaq Səhmdar cəmiyyət sayğacların alınması üçün açıq tender elan edib
Energetika
9 Oktyabr , 2017 13:03
“Azərişıq” 100 mindən çox yeni sayğac quraşdıracaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Azərişıq” ASC 2017-ci ildə elektrik paylayıcı şəbəkəsinin yenidən qurulmasi üçün elektrik sayğaclarının quraşdırılması üzrə işlərin satınalınması məqsədi ilə açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.

Ümumilikdə 108 409 ədəd sayğacın quraşdırılması nəzərdə tutulub.

İddiaçılar ilkin sənədləri noyabrın 13-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə noyabrın 21-nə qədər "Azərişığ"ın Ümumi işlər idarəsinə - Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 13 ünvanına təqdim etməlidirlər. 

Təkliflərə noyabrın 22-də, saat 15:00-da səhmdar cəmiyyətin inzibati binasında - Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 8 ünvanında baxılacaq. 

Son xəbərlər

Orphus sistemi