“Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verib.
“Report”un məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Bildirilir ki, bu səbəbdən Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb. Hazırda yanğının söndürülməsi və elektrik enerjisinin təhcizatının bərpası ilə bağlı işlər aparılır.