"Azəriqaz" Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək

"Azəriqaz" Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.
Energetika
23 Noyabr , 2021 13:11
Azəriqaz Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.

Bu barədə “Report” quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Son xəbərlər

Orphus sistemi