“Azəriqaz” yeni pilot layihəyə start verir

Energetika
  • 17 dekabr, 2021
  • 10:59
“Azəriqaz” yeni pilot layihəyə start verir

Bu ilə qədər Azərbaycanda quraşdırılan qaz sayğacları ancaq smart-kart tipli sayğaclar olub. Bunlar da “ağıllı sayğac”lar hesab olunmur".

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev keçirdiyi "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, bu ildən başlayaraq isə qurum “ağıllı sayğac”ların quraşdırılmasına başlayıb: “Bu proses yeni yaşayış binalarında və MTK-larda gedir. Artıq 50-yə yaxın MTK-da bu cür sayğaclar quraşdırılıb”.

R.Əliyev bildirib ki, hazırda “Azəriqaz” yeni pilot layihə üzərində işləyir: “Layihəyə görə, gələn ildən başlayaraq sayğacların üzərində xüsusi sim kart quraşdırılacaq. Onun vasitəsilə “Azəriqaz” həm sayğacı oxuya, həm də borca görə qazı kəsə biləcək. Həıtta abunəçilər bu sayğaclardan əvvəldən ödənişli sayğac kimi də istifadə edə biləcəklər. Abunəçi əvvəlcədən ödəniş edəcək və həmin ödənişə uyğun olaraq, smart-kart tipli sayğaclarda olduğu kimi, abunəçinin limiti bitdikdən sonra qaz verilişi avtomatik dayanacaq”.

"Layihə ilə bağlı tender keçiriləcək. Yaxın gələcəkdə, gələn ilin I rübünün sonunda və yaxud II rübünün əvvəlində bunun müqavilə şərtləri müəyyənləşəcək. Bundan sonra “Azəriqaz” üçün bir sayğacın neçəyə başa gəlməsi məlum olacaq. Heç kəsə sirr deyil ki, imzalanmış son müqaviləyə əsasən, bir mexaniki sayğacın qiyməti “Azəriqaz” üçün 26 ABŞ dollarına başa gəlir. Smart-kart sayğaclar isə bundan 3 dəfə bahadır”, - deyə Baş direktor əlavə edib.