"Azəriqaz" Ucarda baş verən 2 yanğın hadisəsinə münasibət bildirib

"Azəriqaz" Ucarda baş verən 2 yanğın hadisəsinə münasibət bildirib "Ucar rayonunda bir müddət öncə baş verən 2 yanğın hadisəsinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional qaz istismarı İdarəsinin Ucar Xidmət sahəsi müxtəlif iddialarla günahkar sayılır. Halbuki məsələ he
Energetika
14 Yanvar , 2021 15:08
Azəriqaz Ucarda baş verən 2 yanğın hadisəsinə münasibət bildirib

"Ucar rayonunda bir müddət öncə baş verən 2 yanğın hadisəsinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional qaz istismarı İdarəsinin Ucar Xidmət sahəsi müxtəlif iddialarla günahkar sayılır. Halbuki məsələ heç də belə deyil".

Bu barədə “Report”a qurumdan bildirilib.

"Məlumat üçün bildiririk ki, yanvarın 8-də Ucar şəhərinin Vidadi küçəsində yaşayan Əhmədova Teybə İbrahim qızına məxsus yaşayış evində saat 19:30 radələrində və 28 May küçəsində yerləşən Quliyev Maqbert Mövsüm oğluna məxsus yaşayış evində saat 19:51 radələrində yanğın hadisəsi baş verib.

“28 May və Vidadi küçələrində yanğın baş verən ərazilərdə yerləşən qaz xətləri Ucar Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanır və aşağı təzyiqlidir. Eyni zamanda onu da qeyd edirik ki, hadisə baş verən tarixdə həmin ərazilərdə qazın təzyiqinin artıb-azalması halları müşahidə edilməyib. Yanğın hadisələri qaz xətlərinin sonunda yerləşən ünvanlarda baş verib. Bu isə yanğın hadisələrinin qazla əlaqəli deyil, abonentlərin qazdan təhlükəsiz istifadə qaydalarına riayət etməməsi nəticəsində baş verməsi və ya başqa səbəblərdən olması ehtimalını yaradır. Digər tərəfdən yanğının partlayışla müşayət edilməməsi bu hadisənin qazla əlaqəsi olmadığını əks etdirir.

Xəbər saytlarında Ucar sakinləri tərəfindən baş vermiş hadisələrlə bağlı yayılan məlumatlarda göstərilən digər hallar tərəfimizdən aparılan ilkin araşdırma zamanı öz təsdiqini tapmayıb”, - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi