Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 14-dən Səyyar “ASAN Xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami 66 və Xəqani 19 küçələrinin kəsişməsində birbaşa kütləvi sayğac dəyişikliyi olan abonentlərə tam şəkildə “ASAN kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, xidmət yerli qaz xidmət sahəsinin binasıda (Bakı şəhər, Səbail rayonu, H.Z.Tagıyev 11.) göstəriləcək.
Vətəndaşlar bu layihə çərçivəsində, əsasən, sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi xidmətindən yararlana bilərlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.
