“Azəriqaz”: "Sayğacın dəyişmə vaxtı çatanda abonentə SMS göndəriləcək"

“Azəriqaz”: "Sayğacın dəyişmə vaxtı çatanda abonentə SMS göndəriləcək" Məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub
Energetika
19 Avqust , 2021 17:28
“Azəriqaz”: Sayğacın dəyişmə vaxtı çatanda abonentə SMS göndəriləcək
0 : 00
0 : 00


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır. Abonent məmnuniyyətini hər zaman yüksək tutan “Azəriqaz” İstehsalat Birliyi abonentlərin bu məsələ ilə bağlı narazılıqlarının aradan qaldırılması üçün daha bir yenilik tətbiq etdi. Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna sms vasitəsilə bildiriş göndəriləcək.

Son xəbərlər

Orphus sistemi