“Azəriqaz” sahibkarlarla növbəti görüşü Qaradağda keçirəcək
Energetika
- 21 mart, 2022
- 13:35
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Son xəbərlər
03:37
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərt qoyub
Region03:00
Niderland Aralıq dənizinə freqat göndərir
Digər ölkələr02:40
Avstraliya İranın qadın futbolçularına viza verib
Digər ölkələr02:03
İran ağırlığı 1 tondan çox olan döyüş başlıqlı raketlərdən istifadə etmək niyyətindədir
Digər ölkələr01:44
Foto
Azərbaycanın gender bərabərliyi sahəsindəki milli təcrübəsi BMT-də nümunə göstərilib
Xarici siyasət01:27
Türkiyə və İran liderləri regiondakı vəziyyəti müzakirə ediblər
Region01:06
"Reuters": ABŞ Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr00:53
Sarayda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb
Hadisə00:44