“Azəriqaz” sabah bəzi abunəçilərin sayğacını laborator yoxlamadan keçirəcək

“Azəriqaz” sabah bəzi abunəçilərin sayğacını laborator yoxlamadan keçirəcək Sabah bir qrup müraciət edən abunəçinin qaz sayğacı laborator yoxlamadan keçiriləcək.
Energetika
17 Mart , 2022 15:27
“Azəriqaz” sabah bəzi abunəçilərin sayğacını laborator yoxlamadan keçirəcək

Sabah bir qrup müraciət edən abunəçinin qaz sayğacı laborator yoxlamadan keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, “Azəriqaz” yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərin daxil olmasını bildirib və tələb edib ki, İstehsalat Birliyi bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin etsin. Tədbirdə ictimaiyyət nümayəndələri, ekspertlər və Şura nümayəndələri də iştirak etsin.

Eyni zamanda media nümayəndələrinin də iştirakı arzu olunmuşdu. "Azəriqaz" İctimai Şuranın bu istəyini qəbul edib və sabah qurumun Metrologiya Departamenti (Nizami rayonu, Oktay Əliyev küçəsi, 72) bir qrup müraciət edən abunəçinin sayğacını laborator yoxlamadan keçirəcək. Prosesdə Energetika Nazirliyinin nümayəndələri, “Azəriqaz”ın rəhbər heyəti, tanınmış ekspertlər və QHT nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi