“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib Bu gün R.Əliyev İstehsalat Birliyinin feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib
Energetika
19 Fevral , 2021 16:56
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Hacıqabul rayonunun, onun satış və istismar üzrə müavini Cahid Hüseynov Şirvan şəhərinin, tikinti üzrə müavini Ramil İskəndərov isə Sabirabad rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişlərinə dair və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Salyan Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.

Bu gün R.Əliyev İstehsalat Birliyinin feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib. O, abunəçiləri maraqlandıran sualları cavablandırıb. Daha sonra isə qaz təsərrüfatına aid bəzi hüquqi məsələlərlə bağlı məlumatların çatdırılması üçün qurumun Hüquq departamentinin rəisi Vüqar Eyvazov da canlı yayıma qoşulub.

Ümumilikdə yayım zamanı sayğac əvəzlənmələri, qazlaşdırılmasına ehtiyac duyulan yeni massivlər və s. səpkili suallar ünvanlanıb. “Azəriqaz”ın baş direktoru belə görüşlərin mütəmadi - hər həftənin 5-ci günü saat 14:00-da olacağını, cavablandırılmasına vaxt çatmayan bütün müraciətlərin isə araşdırılacağını deyib.

Canlı yayımı feysbuk sosial şəbəkəsində bu ünvanda təkrar izləmək mümkündür:

https://www.facebook.com/azeriqazaz/videos/2795028400762549/

Son xəbərlər

Orphus sistemi