“Azəriqaz” rəhbəri “Caspian Energy Club” üzvləri ilə görüşüb

“Azəriqaz” rəhbəri “Caspian Energy Club” üzvləri ilə görüşüb “Azəriqaz” rəhbəri “Caspian Energy Club” üzvləri ilə görüşüb
Energetika
6 Avqust , 2020 12:23
“Azəriqaz” rəhbəri “Caspian Energy Club” üzvləri ilə görüşüb
Ruslan Əliyev

“Caspian Energy Clubun “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin iştirakı ilə təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların İstehsalat Birliyi ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, təkcə bu ilin 6 ayı ərzində görülən işlərə nəzər yetirsək nəticələr qənaətbəxşdir. “Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə bütün sahələrdəki kimi bizim də problemlərimiz olub. Çalışmışıq ki, səylə işləyək, abonentlərin müraciətlərini vaxtında, qüsursuz icra edək. İyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir. 2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir”,- baş direktor qeyd edib.

Sonda “Caspian Energy Club”un üzvlərinin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

“Caspian Energy Club”un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq və səmimi müzakirələrə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün “Caspian Energy Club” tərəfindən yaradılıb.

Son xəbərlər

Orphus sistemi