“Azəriqaz” Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək

“Azəriqaz” Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək Bakı. 18 sentyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi (İB) oktyabrın 2-dən Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək.
Energetika
18 Sentyabr , 2018 19:32
“Azəriqaz” Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi (İB) oktyabrın 2-dən Ramana qəsəbəsində səyyar avtomobillər vasitəsilə xidmət göstərəcək.

İB-dən "Report"a verilən məlumata görə, avqustun 14-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir (Zabrat qəsəbəsində icra nümayəndəliyi binasının yanında xidmətin müddəti sentyabrın 29-dək davam edəcək). Oktyabrın 2-dən isə Ramana qəsəbəsində xidmət göstəriləcək.

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi