“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər
Energetika
14 İyun , 2024 17:30
“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurum 15-19 iyun tarixlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər.

Əlavə olaraq qeyd edilibki, “ASAN Kommunal” mərkəzləri iyunun 18-də tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə zəng edərək və ya 077 3 104 104 “Whatsapp” nömrəsinə yazaraq məlumat versinlər.

Son xəbərlər

Orphus sistemi