“Azəriqaz” ötən il “ASAN Xidmət" vasitəsi ilə 263 min istehlakçıya xidmət edib

“Azəriqaz” ötən il “ASAN Xidmət" vasitəsi ilə 263 min istehlakçıya xidmət edib Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart
Energetika
8 Yanvar , 2018 16:50
“Azəriqaz” ötən il “ASAN Xidmət vasitəsi ilə 263 min istehlakçıya xidmət edib
Report

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, ötən il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə, ümumilikdə, 262 666 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə qurumdan qeyd edilib.

Son xəbərlər

Orphus sistemi