"Azəriqaz" ötən il 83 mindən çox yeni abunəçi cəlb edib

"Azəriqaz" ötən il 83 mindən çox yeni abunəçi cəlb edib Bu il yanvarın 1-nə olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin 2 442 030 abunəçisi var ki, bu da illik müqayisədə 83 033 abunəçi çoxdur.
Energetika
14 Yanvar , 2022 12:17
Azəriqaz ötən il 83 mindən çox yeni abunəçi cəlb edib

Bu il yanvarın 1-nə olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin 2 442 030 abunəçisi var ki, bu da illik müqayisədə 83 033 abunəçi çoxdur.

“Report”un məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Mövcud abunəçilərin 8,567 milyonu əhali, 2,763 milyonu isə qeyri-əhali (sənaye) abunəçiləridir. Ötən il əhali abunəçilərinin 47,5%-i 1200 kubmetrlik qaz limitini keçməyib", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi