"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verib

"Azəriqaz" ötən il 1 000-ə yaxın işçisinə töhmət verib 2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.
Energetika
14 Yanvar , 2022 12:30
Azəriqaz ötən il 1 000-ə yaxın işçisinə töhmət verib

2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

“Report”un məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi