“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var

“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var “Azəriqaz” İB-də “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib
Energetika
1 Mart , 2021 13:02
“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var

1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyində “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib.

Bu barədə “Report” “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, video-konfrans formatda keçirilən tədbirdə Birliyin Mülki müdafiə qərargahının rəisi Əlibaba Bayramov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Ə.Bayramov vurğulayıb ki, texnogen qəzalar, təbii fəlakətlər və epidemiyalarla mübarizənin məqsədi, xarakteri, prinsipləri və üsulları barədə, eləcə də ekstrimal şəraitdə iqtisadiyyatın dayanıqlı fəaliyyətə әvvəlcədən hazırlanması üzrə elmi cəhətdən əsaslandırılmış və dövlət tərəfindən rəsmən qəbul edilmiş vahid baxışlar sistemi işlənib-hazırlanmalı və reallaşdırılmalıdır. Məhz bu yol ilə problemləri həll etmək mümkündür.

Daha sonra fövqəladə hallar şəraitində respublikada əhalinin, iqtisadiyyatın, təbii mühitin mühafizəsi sahəsində dövlət siyasətinin və fəaliyyətinin nəzəri və əməli əsaslarını təşkil edən, milli təhlükəsizlik doktrinasının ayrılmaz tərkib hissəsi olmaqla mülki müdafiə konsepsiyasının hazırlanması və qəbul edilməsinə ciddi ehtiyac olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi