"Azəriqaz": İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb

"Azəriqaz": İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb
Energetika
26 Yanvar , 2021 16:52
Azəriqaz: İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb

“İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də, o proqramda iştirak edəcəyik”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Report”a açıqlamasında deyib ki, ilkin olaraq layihə işlərinə başlanılıb.

Onun sözlərinə görə, burda "Azəriqaz" daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldur. Oraya magistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtarış işləri gedir: “Amma konkret hansısa bir işə başlanma vaxtı, müddəti dəqiq deyə bilmərəm.”

“İlkin olaraq Araz boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımız o komissiyalara daxildir.

Qazın çəkilişi üçün magistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, - qurumun baş direktoru deyib.

Son xəbərlər

Orphus sistemi