“Azəriqaz” xidmətlərini Xırdalanda Səyyar "ASAN xidmət"də göstərməyə başlayıb

“Azəriqaz” xidmətlərini Xırdalanda Səyyar "ASAN xidmət"də göstərməyə başlayıb Aparılan kütləvi işlər və vətəndaşların çoxsaylı müraciətləri səbəbi ilə Abşeron Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində səyyar formada həyata keçirilən xidmətlər 28 iyun tarixinədək Xırdalan şəhərində təşkil olunacaq.
Energetika
21 İyun , 2019 18:50
“Azəriqaz” xidmətlərini Xırdalanda Səyyar ASAN xidmətdə göstərməyə başlayıb

Aparılan kütləvi işlər və vətəndaşların çoxsaylı müraciətləri səbəbi ilə Abşeron Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində səyyar formada həyata keçirilən xidmətlər 28 iyun tarixinədək Xırdalan şəhərində təşkil olunacaq.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

İstehlakçılar bu layihə çərçivəsində sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsində əsas məqsəd xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi