Yuxarı

“Azəriqaz”ın rəhbərliyi üç rayonda vətəndaş qəbulu keçirib

​“Azəriqaz”ın rəhbərliyi Xaçmaz, Xızı və Siyəzəndə vətəndaş qəbulu keç

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda sakinlərlə görüşüb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərovCahid Hüseynov isə Xızı və Siyəzən rayonlarında sakinlərin problemlərini dinləyiblər.

Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Xaçmaz rayonunda qazlaşma səviyyəsi 93,8%, Siyəzən rayonunda 94,1%, Xızı rayonunda isə 95,7% təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi