“Azəriqaz”ın Regional Qaz İstismar İdarələri üzrə müşavirə keçirilib

“Azəriqaz”ın Regional Qaz İstismar İdarələri üzrə müşavirə keçirilib Müşavirədə Regional Qaz İstismar İdarələrinin rəhbər və işçi heyəti iştirak edib
Energetika
2 Noyabr , 2017 10:10
“Azəriqaz”ın Regional Qaz İstismar İdarələri üzrə müşavirə keçirilib
Azeriqaz104.az

Bakı. 2 noyabr. REPORT.AZ/ “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin sədrliyi ilə Regional Qaz İstismar İdarələrində (RQİİ) 9 ayın yekunlarına dair müşavirə keçirilib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə baş direktorun müavinləri, İB-in Həmkarlar İttifaqı Komitəsinin sədri, Regional Qaz İstismar İdarələrinin rəhbər və işçi heyəti iştirak edib.

Müşavirədə RQİİ-lərinin fəaliyyətinin günün tələblərinə uyğun təşkil olunması, yaşayış sahələrinin qazlaşdırılması, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması, eləcə də istifadə olunmuş təbii qazın dəyərinin vaxtında yığılması, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması və s. məsələlər müzakirə olunub.

Sonda Ə.Hacıyev əməkdə fərqlənən işçilərə İstehsalat Birliyinin fəxri fərmanını və qiymətli hədiyyələr təqdim edib.

Son xəbərlər

Orphus sistemi