"Azəriqaz"ın qazıntı apardığı əraziyə avtomobil aşıb

"Azəriqaz"ın qazıntı apardığı əraziyə avtomobil aşıb Sabunçu rayonu, Məhəmmədhəsən Hacınski küçəsində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qazıntı aparılan əraziyə avtomobil aşıb.
Energetika
27 Avqust , 2021 18:07
Azəriqazın qazıntı apardığı əraziyə avtomobil aşıb

Sabunçu rayonu, Məhəmmədhəsən Hacınski küçəsində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qazıntı aparılan əraziyə avtomobil aşıb.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Qurumun mətbuat katibi Eldəniz Vəliyev qəza baş verən ərazidə öncədən “Azəriqaz” tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət edildiyini bildirib:

“Bizim orada sarı rəngli məhəccərlərimiz düzülüb. Təhlükəsizlik nişanımız da yerində olub. Yəni biz təhlükəsizliklə bağlı üzərimizə nə düşürsə, hamısını etmişik. Görünür, sürücü ya avtomobili sürətlə idarə edib, ya da təhlükəsizlik nişanımızı görməyib. Əməkdaşlarımız bütün təhlükəsizlik qaydalarına ciddi formada riayət edirlər. Həmin ərazidə təhlükə mənbəyi yoxdur. Hazırda orada iş davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi