"Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Salyanda qurulacaq

"Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Salyanda qurulacaq ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində “Səyyar qəbul otağ”ı bu dəfə Salyan rayonunda təşkil olunacaq
Energetika
25 Aprel , 2022 15:31
Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Salyanda qurulacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində “Səyyar qəbul otağ”ı bu dəfə Salyan rayonunda təşkil olunacaq.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi