“Azəriqaz”ın növbəti Açıq mikrofon”u Qubada təşkil olunacaq

“Azəriqaz”ın növbəti Açıq mikrofon”u Qubada təşkil olunacaq Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər
Energetika
27 Aprel , 2022 10:24
“Azəriqaz”ın növbəti Açıq mikrofon”u Qubada təşkil olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti “Səyyar qəbul otağ”ı bu dəfə Quba rayonu, Barlı kəndində təşkil olunacaq.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi