Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Füzuli rayonunda keçiriləcək.
Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, İctimai Birliyin “Açıq mikrofon” aksiyası (rayonun quraşdırma evləri inzibati ərazi dairəsinə aid olan) Qarabulaq kəndinin sakinlərinin ixtiyarında olacaq.
“Səyyar qəbul otaqları”mızın təşkilində əsas məqsədimiz sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. İnanırıq ki, sayca dördüncü olacaq bu aksiyamız da əvvəlkilər kimi açıq, səmimi bir ortamda keçəcək. Hər bir kəsin öz problemini rahat şəkildə dilə gətirmək imkanı yüksək səviyyədə təmin olunacaq. Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən birinin məkanı kimi də yadda qalan Füzulidə olmaq, vətəndaşların problemləri ilə yaxından tanış olmaq xüsusi zövq verəcək”, deyə məlumatda deyilir.
Qeyd edək ki, “Açıq mikrofon” 13 avqust saat 11:00-dan 14:00-a qədər işlək vəziyyətdə olacaq.