“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadda keçiriləcək

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadda keçiriləcək Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək
Energetika
25 May , 2022 15:49
“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunda keçiriləcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağ”ı rayonun Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq.

Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər

Son xəbərlər

Orphus sistemi