“Azəriqaz”ın baş direktoru aprel ayının yekunları ilə bağlı hesabat verəcək

“Azəriqaz”ın baş direktoru aprel ayının yekunları ilə bağlı hesabat verəcək Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
Energetika
5 May , 2022 11:18
“Azəriqaz”ın baş direktoru aprel ayının yekunları ilə bağlı hesabat verəcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə. aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Həm cari ilin 4 ayı, həm də aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.

Son xəbərlər

Orphus sistemi