“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 87 min istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 87 min istehlakçıya xidmət edib Müraciətlər həm Bakıda, həm də regionlarda yerləşən “ASAN xidmət” mərkəzləri vasitəsilə daxil olub
Energetika
7 Sentyabr , 2017 13:02
“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 87 min istehlakçıya xidmət edib
Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-avqust aylarında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə ümumilikdə 86 768 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, müraciətlər Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzləri, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri vasitəsilə daxil olub.

Son xəbərlər

Orphus sistemi