"Azəriqaz" İB "ASAN Xidmət" vasitəsilə 29 mindən çox istehlakçıya xidmət edib

"Azəriqaz" İB "ASAN Xidmət" vasitəsilə 29 mindən çox istehlakçıya xidmət edib Müraciətlərin icrası tam təmin olunub
Energetika
4 Aprel , 2017 15:06
Azəriqaz İB ASAN Xidmət vasitəsilə 29 mindən çox istehlakçıya xidmət edib
Azəriqaz / Report

Bakı. 4 aprel. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-mart ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report”a “Azəriqaz”dan verilən məlumata görə, 2017-ci ilin yanvar-mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə 29 442 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək”, - deyə qurumdan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi