Yuxarı
    Bağlamaq

    "Azəriqaz": "Hazırda "Sahil" uşaq evinin qaz təchizatında problem yoxdur"

    Birliyin əməkdaşları yaranmış nasazlığı aradan qaldırıb və cihazı işlək vəziyyətə gətiriblər

    Bakı. 12 fevral. REPORT.AZ/ Bəzi KİV-də Bakı şəhərinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, döngə 20 ünvanında yerləşən yerli icra hakimiyyətinin balansındakı “Sahil” uşaq evində 7 gündür ki, təbii qazın olmaması ilə bağlı məlumatlar yayılıb.

    "Report" xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Birlik tərəfindən uşaq evinin təbii qazla təchizatında heç bir problem olmayıb.

    "Buna baxmayaraq, Birliyin əməkdaşları uşaq evinin rəhbərliyinin müraciəti əsasında bağçanın qaz xətlərinə və “kombi” tipli istilik qızdırıcı cihaza baxış keçiriblər. Baxış zamanı məlum olub ki, “kombi” cihazının qaztənzimləyici aparatı çalışmadığından, bağçanın istilik sistemi dayanıb. Birliyin əməkdaşları dərhal yaranmış nasazlığı aradan qaldırıb və cihazı işlək vəziyyətə gətiriblər. Uşaq evinin müdiriyyəti hazırda təbii qazın verilməsində heç bir problemin olmadığını və isitmə sisteminin normal işlədiyini bildirib", - deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi