“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sul
Energetika
230
18 Yanvar , 2021 16:23
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, qurumun bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev artıq lazımi tapşırıqlar verib. Əsasən təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq.

Qaz təchizatında vacib təmir prosesləri də bu günlərdə təxirə salınıb. Yalnız qəza halları baş verdiyi zaman abonentlərin qazsız qalmaması üçün qısamüddətli dayandırmalar istisna edilmir. Belə halların aradan qaldırılması məqsədilə növbəlilik tətbiq edilməklə Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq. “Azəriqaz”ın Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, “104 Çağrı” sahəsinin əməkdaşları 24 saat abunəçilərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.

Qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat vermək, (077) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, "Azəriqaz"ın sosial şəbəkə ünvanlarına mesaj göndərmək olar.

Son xəbərlər

Orphus sistemi