“Azəriqaz” Gəncədə sahibkarlarla görüş keçirib

“Azəriqaz” Gəncədə sahibkarlarla görüş keçirib Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi sahibkarların və vətəndaşların problemlərini dinləmək, onlara dəstək olmaq məqsədilə Gəncədə “Açıq qapı" aksiyası keçirib.
Energetika
9 Dekabr , 2021 17:48
“Azəriqaz” Gəncədə sahibkarlarla görüş keçirib

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi sahibkarların və vətəndaşların problemlərini dinləmək, onlara dəstək olmaq məqsədilə Gəncədə “Açıq qapı" aksiyası keçirib.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, aksiyada iştirak edən İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə görə, hər bir qurum sahibkarlara dəstək olmalı, istənilən halda yerlərdə mövcud problemlərlə yaxından tanış olmalı və hər bir problemin öhdəsindən gəlməlidir.

Görüşdə iş adamlarına problemlərini rahat şəkildə səsləndirmələri üçün istənilən şərait yaradılıb. Kafe fəaliyyəti ilə məşğul olan Sənan Qocayev əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olduğunu bildirib. Çörək istehsalı ilə məşğul olan sahibkar Bəxtiyar Heybətov isə qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını, bu cür aksiyanın təşkil olunması üçün "Azəriqaz" rəhbərliyinə minnətdarlığını bildirib. Görüş zamanı yalnız sahibkarların deyil, ayrı-ayrı ünvanlardan, habelə ətraf rayonlardan da aksiyaya üz tutan vətəndaşların da problemləri dinlənilib.

Daxil olan əsas müraciətlər fərdi qazlaşma, küçə xətlərinin çəkilişi, qaz xətlərinin yerinin dəyişdirilməsi və dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub. Daxil olan müraciətlərin araşdırılaraq icra olunması istiqamətində bütün müraciətlər qeydə alınıb. Görüşdə "Azəriqaz" rəhbərliyi ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.

Bu gün təşkil olunan aksiya sayca 33-cü, sahibkarlarla isə 12-ci görüşdür.

Son xəbərlər

Orphus sistemi