Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report"un məlumatına görə, ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq, Yenikənd, Çobankənd, Şahdağ, Çiçəkli, Novoivanovka kəndlərində qazlaşdırma işləri yüksək surətlə aparılır.
Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək. Qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abunəçinin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.
“Azəriqaz”ın iş icraçısı Elçin Həsənov bildirib ki, bu işlərə yanvar ayından başlanılıb və artıq 70%-i yekunlaşdırılıb: “Dağ kəndlərinə qazın çəkilişi, sözsüz ki, ən çox burada yaşayan əhalini sevindirir”.
Qeyd edilən kəndlərin qazlaşdırılması ilə, təxminən, 1 300-dən artıq abunəçi “mavi yanacaq”la təmin ediləcək. Bu sayın arta biləcəyi ehtimalı da var. İşlərin isə qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.





