“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi?

“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi? Bu gün “Azəriqaz” İstehsalat Birliyinin gecə-gündüz tarifinə keçməsi üçün texniki imkanı yoxdur.
Energetika
11 May , 2022 14:38
“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi?

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin gecə-gündüz tarifinə keçməsi üçün texniki imkanı yoxdur.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə sayğaclar imkan verməlidir: “Biz ancaq bu gün hələlik illik limit ətrafında bu işləri həyata keçirə bilirik. Gecə-gündüz tarifinə keçmək üçün ilk növbədə sayğaclar “ağıllı” olmalıdır və onlardan kənardan onlayn məlumat götürülməlidir”.

R.Əliyevin fikrincə, belə çıxır ki, “Azəriqaz” əməkdaşları hər gün sayğacların oxunuşunu həyata keçirməlidir: “Bunun üçün səhər də, axşam da sayğaclar oxunmalıdır. Bu da mümkünsüz bir haldır. Hazırda buna keçid üçün texniki hazırlıq da yoxdur. Hələlik mövcud tariflə satışı həyata keçiririk”.

“Azəriqaz”ın rəhbəri bildirib ki, artıq 50 minə yaxın “ağıllı” sayğac sistemə salınıb: "Hazırda adi mexaniki tipli sayğacın üzərində “ağıllı” qurğu quraşdırılır. Onun kənardan oxunuşu və qazın verilişinin dayandırılması artıq təcrübəmizdə var. Biz 2021-ci ildə “pilot layihə” kimi bu işlərə başlamışdıq. Artıq bu sistem istismara verilib. Bu il isə biz bu sistemi daha da genişləndirmək istəyirik. SOCAR rəhbərliyi ilə ilkin razılaşma da var. Düşünürük ki, bu il 300 min abonentin sayğacı “ağıllı” smart qurğularla təmin ediləcək".

Qeyd edək ki, hazırda ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1 200 kubmetrədək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1 200-2 500 kubmetr olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2 500 kubmetrdən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının 2021-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.

Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi