"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 201 abonenti olan "Qayıdış-1" qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 562 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 201 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bundan başqa, 137 abonenti olan "Qayıdış-2" qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 7 921 metr uzunluğunda müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
"Azəriqaz'' Füzuli rayonunun daha iki qəsəbəsini qazla təmin edib
Energetika
129
13 Noyabr , 2014
17:58


Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azəriqaz'' İstehsalat Birliyi (İB) ölkənin qaz təminatının yaxşılaşdırılması işləri çərçivəsində Füzuli rayonunun "Qayıdış-1" və "Qayıdış-2" qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirib.
Son xəbərlər
