“Azəriqaz”dan mühüm sosial addım

“Azəriqaz”dan mühüm sosial addım Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınacaq
Energetika
1484
23 Noyabr , 2020 16:44
“Azəriqaz”dan mühüm sosial addım

Son vaxtlar sosial şəbəkələrdə və bəzi internet saytlarında işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimizin qaz təsərrüfatı ilə bağlı problemləri yer almaqdadır.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin feysbuk səhifəsinə istinadən xəbər verir.

"Bu məlumatların hamısı diqqətdə saxlanılır, təsdiqini tapanlar, həqiqəti əks etdirənlər barədə müvafiq tədbirlər görülür.

Qaz xətlərinin çəkilməsi, qapı keçidlərinin quraşdırılması, sayğaclarla bağlı müəyyən çətinliklər “Azəriqaz” İstehsalat Birliyinin imkanları daxilində həll edilir. Bu kimi mövzular sırasında rast gəlinən məqamlardan biri də təbii qazdan istifadəyə görə yaranan borcun ödənilməsində güzəştlərin istənilməsi ilə bağlıdır. Birliyin rəhbərliyi müəyyən addımların atılması üçün belə qərara gəlib ki, 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınsın. Xahiş olunur ki, bu cür çətinlikləri olan yaralı əsgər və zabitlərimiz, eləcə də qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin qanuni varisi olan ailə üzvləri qeyd edilən ([email protected][email protected] ) elektron poçt ünvanına müraciətlərini göndərsinlər. Bu müraciətlərdə yaralı əsgər və zabitlərimizin qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsi qeyd olunmalı, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti, eləcə də təbii qazdan istifadə etməsi barədə müqaviləsinin surəti əlavə edilməlidir.

Şəhid ailələri isə şəhid olmuş əsgər və zabitin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsini qeyd etməli, eləcə də təbii qazdan istifadə barədə onunla vaxtı ilə imzalanmış müqavilənin surətini əlavə etməlidirlər. Bu müqavilə şəhidin vaxtilə yaşadığı ünvanda hazırda onun qanuni varisi olan ailə üzvlərindən biri ilə də bağlanmış ola bilər", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi