“Azəriqaz”da yarışlar keçirilib

“Azəriqaz”da yarışlar keçirilib Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində Gənclər Gününə həsr olunmuş stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qaliblərinin mükafatlandırılması məqsədi ilə tədbir keçirilib.
Energetika
6 Fevral , 2018 17:52
“Azəriqaz”da yarışlar keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində Gənclər Gününə həsr olunmuş stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qaliblərinin mükafatlandırılması məqsədi ilə tədbir keçirilib.

“Report” Birliyə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov yarışların əhəmiyyətindən danışaraq bildirib ki, belə yarışlar əməkdaşların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Azərbaycanın beynəlxalq əhəmiyyətli idman tədbirlərinə ev sahibliyi etdiyi bir vaxtda bunun kimi yarışlarda fəal iştirak etmək hər bir işçinin əsas vəzifələrindən biri olmalıdır. Ə.Qurbanov bu yarışların Birliyin işçiləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Yarışlara fevralın 2-də start verilib və 36 iştirakçının mübarizə apardığı yarış (12 nəfər nərd, 12 nəfər şahmat, 12 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən, nərd yarışında qalib adını Şamil Bədəlov qazanıb. Vüqar Qəhrəmanov ikinci, Elnur Mirzəmmədov üçüncü olub. Şahmat yarışında ilk üç pillədə İlqar İsmayılov, Elqar Əliyev və Emil İsayev qərarlaşıblar. Dama yarışında isə Vaqif Məmmədəlizadə bütün rəqiblərini üstələyib. Mirhüseyn Seyidov ikinci, Akif Nəzərov isə üçüncü olub.

Tədbirin sonunda yarışlarda qalib olmuş işçilərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi