28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
“Report” xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd edilib.
Ümumdünya Əməyin Mühafizəsi Günü COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri gözlənilməklə “Azəriqaz” İstehsalat Birliyində də qeyd edilib. Əmək fəaliyyətində fərqlənən işçilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Bildirilib ki, “Azəriqaz” İB-də işçilərin əməyinin mühafizəsi, onların əmək şəraitinin yaxşılaşdırılması, lazımi avadanlıqlarla, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatı daima diqqətdə saxlanılır. Görülmüş tədbirlər nəticəsində ötən illər ərzində istehsalatda ölümlə nəticələnən heç bir bədbəxt hadisə baş verməyib.