“Azəriqaz” bu il qazlaşdırılmanın gecikməsinin səbəblərinə aydınlıq gətirib
- 30 dekabr, 2022
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 114 yeni yaşayış massivinin və yeni yaşayış məntəqələrinin qazlaşdırılmasını həyata keçirib.
“Report” xəbər verir ki, bunu bu gün Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov qurumda ilin yekunlarına dair keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı birdirib.
Onun sözlərinə görə, artıq 90 % yaşayış massivlərində işlər tamamlanıb: “Qalan 10 % isə növbəti ilin əvvəlində tamamlanacaq”.
O xatırladıb ki, qazlaşdırılma işlərində əsasən polad borularından istifadə edilib: “Bu polad boruların əsas təchizat ölkələri Rusiya və Ukrayna olduğundan, bu ölkələr arasında yaranmış müəyyən münaqişə səbəbindən bu ilin əvvəlindən onların təchizatında müəyyən çətinliklər yaranmışdı. Ancaq “Azəriqaz” bütün çətinliklərə baxmayaraq öz daxili resursları hesabına buna dəf gələ bilib”.
T. Cəfərov qeyd edib ki, bu il əsasən qazlaşdırılmada ölkənin Cənub bölgəsinə daha böyük önəm verilib: "Çünki orada qazlaşdırma səviyyəsi daha aşağıdır”.