Yuxarı

"Azəriqaz" bu il 64 min mənzilə texniki baxış keçirib

Azəriqaz İB istehlakçılardan təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2015-ci ilin yanvar-mart aylarında 64 159 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

"Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir", - şirkətin məlumatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi