“Azəriqaz” bu il 329 km qaz kəmərini əsaslı təmir edib

“Azəriqaz” bu il 329 km qaz kəmərini əsaslı təmir edib “Azəriqaz” İstehsalat Birliyinin hazırladığı Tədbirlər Proqramına uyğun olaraq, mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir.
Energetika
457
27 Avqust , 2020 11:59
 “Azəriqaz” bu il 329 km qaz kəmərini əsaslı təmir edib

2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin hazırladığı Tədbirlər Proqramına uyğun olaraq, ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə "Azəriqaz"ın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin enidənqurulması məqsədi ilə “Azəriqaz” bu ilin yanvar-iyul aylarında 328,9 km qaz kəmərini əsaslı təmir edib.

Bundan başqa, Bakı və regional qaz təsərrüfatı strukturlarının tərtib etdiyi proqram əsasında da işlər görülüb. Belə ki, bu ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28.37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 2020-ci ilin yanvar - 14 avqust dövrü ərzində “Azəriqaz” üzrə kipliyə yoxlanılması nəzərdə tutulmuş 1 125 ədəd qaz kəmərindən 715 kəmər (63%) kipliyə yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.

Birliyin Texniki istimar şöbəsinin hesabatında göstərilir ki, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan ümumi uzunluğu 258 361 metr olan qaz borularından 96 302 metri (37,2 %) dayaqlar üzərinə qaldırılıb. Rənglənməsi nəzərdə tutulan ümumi uzunluğu 337 228 metr qaz borularının 103 315 metri (30,6 %) artıq rənglənib.

Orphus sistemi