"Azəriqaz" bu il 26 yaşayış məntəqəsinə qaz verib

"Azəriqaz" bu il 26 yaşayış məntəqəsinə qaz verib Bu ilin yanvar-aprel ayları ərzində 946 km-dən çox yeni qaz kəməri quraşdırılıb
Energetika
5 May , 2017 16:04
Azəriqaz bu il 26 yaşayış məntəqəsinə qaz verib

Bakı. 5 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 26 yaşayış məntəqəsi qazlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrası məqsədi ilə “Azəriqaz” İB tərəfindən işlər həyata keçirilir. “Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 946,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 60,3 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Oğuz, Ucar, Quba, Qusar, İmişli, Saatlı, Sabirabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi