“Azəriqaz”: “Borularla qazla birlikdə hava vurmuruq”

“Azəriqaz”: “Borularla qazla birlikdə hava vurmuruq” “Bəzən iddia olunur ki, qaz borularına hava vurulur. Bu, yanlışdır”.
Energetika
19 Noyabr , 2021 12:03
“Azəriqaz”: “Borularla qazla birlikdə hava vurmuruq”

“Bəzən iddia olunur ki, qaz borularına hava vurulur. Bu, yanlışdır”.

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, borulara hava vurulması yalnız qaz olmadığı halda baş verir: “Qaz olan boruya hava vurulması çox təhlükəlidir və böyük partlayışa səbəb ola bilər. Borulara hava o zaman vurulur ki, orada hidrant olur. Bu zaman borulardan qaz tamamilə çıxarılır, daha sonra ora hava vurulur”.

“Azəriqaz” rəhbəri abunəçilərin qaz cihazlarında hava olması ilə bağlı iddialara da aydınlıq gətirib: "Bəzən abunəçilər mənzillərində olan qaz cihazlarını açarkən orada ilk olaraq hava gəlir. Bu hava sayğacla həmin cihazların arasında olan xətdəki havadır. Onu isə bizim çıxarmaq imkanımız yoxdur. Abunəçu özü çıxarmalıdır. Onu da əlavə edim ki, bu, hava sayğac göstəricisinə təsir etmir".

Son xəbərlər

Orphus sistemi