Bu gündən etibarən "Səyyar ASAN" xidmət çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış “Səyyar ASAN” avtobuslar və qatar vasitəsi ilə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin olunacaq.
İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi də daxil olmaqla, ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.
“Səyyar ASAN” xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.