“Azəriqaz”: Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb

“Azəriqaz”: Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində xüsusi rejimdə çalışıb.
Energetika
7 Yanvar , 2020 17:23
“Azəriqaz”: Bayram günlərində müştəri xidmətləri xüsusi rejimdə çalışıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  “Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində xüsusi rejimdə çalışıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin mühəndisləri bayram günlərində (2019-cu il dekabr ayının 31-dən 2020-ci il yanvar ayının 6-sı da daxil olmaqla) müştəri xidmətləri sahəsində 3 070 müraciətə baxıb.

Bildirilir ki, ümumilikdə, 70 halda sayğacın əvəz olunması təmin edilib: “Xidmətlərin 80%-i isə uğursuz əməliyyatlar və koda düşmüş kartların aktivləşdirilməsi ilə bağlı olub”.

Son xəbərlər

Orphus sistemi