“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq Qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlən
Energetika
385
30 Dekabr , 2020 12:38
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Report"a “Azəriqaz”dan məlumat verilib.

Birlik abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər.

Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi dekabr ayının 31-i və 2021-ci il yanvar ayının 2, 3 və 4 tarixlərində səhər saat 10:00-dan saat 15:00-dək fəaliyyət göstərəcək. Xidmət Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq. Əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək. Bütün bu işlərin görülməsi üçün BRQSD-nın rəhbər şəxsləri və 30 nəfər mühəndis heyəti iş başında olacaq.

Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq. Abonentlərin diqqətinə bir daha çatdırırıq ki, bayram günləri COVID-19 koronavirus pandemiyası ilə bağlı ölkədə sərtləşdirilmiş karantin dövrünə təsadüf etdiyindən müraciətlərə həssaslıqla yanaşılacaq. Ona görə də istənilən bir qəza halı ilə raslaşdıqları zaman dərhal Birliyin 104/185 saylı Çağrı Mərkəzinə müraciət etsinlər. Müraciətlər Birliyin sosial şəbəkə ünvanları üzərindən də göndərilə bilər.

Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq.

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, 2021-ci ilin xalqımıza, dövlətimizə xeyirli il olmasını arzulayır!

Son xəbərlər

Orphus sistemi