“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 59 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 59 minə yaxın istehlakçıya xidmət edib Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-fevral aylarında “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Energetika
7 Mart , 2019 12:53
“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 59 minə yaxın istehlakçıya xidmət edib

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-fevral aylarında “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

"Report" xəbər verir ki, bu barədə "Azəriqaz”ın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 2 ay ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki və Gəncədə yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 58 842 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə qurum bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi