“Azəriqaz”: Artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər aradan qaldırılır

“Azəriqaz”: Artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər aradan qaldırılır “Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı ölkə ərazisində yaranan problemlərin səbəbini araşdırır
Energetika
2608
21 Yanvar , 2021 11:21
“Azəriqaz”: Artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər aradan qaldırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı ölkə ərazisində yaranan problemlərin səbəbini araşdırır.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bununla bağlı “Report”a bildirib ki, bu da qəflətən havanın soyuması ilə tələbatın artması nəticəsində baş verən prosesdir: “Bunu biz fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Buna baxmayaraq, mərhələli şəkildə qaz təchizatının həyata keçirilməsi, tənzimlənməsi aparılır. Yaxın saatlarda qaz təchizatında müəyyən dayandırmalar olan yerlərdə mərhələli şəkildə proses öz qaydasına düşəcək”.

C. Səfərov bildirib ki, kəsintilər əsas kənd yerlərində idi: “Rayon mərkəzlərində və strateji yerlərdə bu problem müşahidə olunmayıb. Yaxın günlərdə bütün abonentlərimiz hiss edəcəklər ki, onların qaz təchizatı yüksək səviyyədə tam rejimlərə uyğun tənzimlənəcək. Artıq problemlər geridə qalıb, tədricən artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər də aradan qaldırılır”.

O qeyd edib ki, ümumilikdə qaz şəbəkəsində artıq yüklənmə olub.

Son xəbərlər

Orphus sistemi