“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb ​“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Energetika
10 Oktyabr , 2019 11:39
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

Bu ilin yanva-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 65 124 yeni abonent qeydiyyata alınıb. 

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, bunun da 36 291-i Bakı, Abşeron və Sumqayıtın, 28 833-ü isə regionların payına düşür. 

2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür.

Beləliklə, Bu il oktyabrın 1-i tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 246 min 968-ə çatıb. Bu rəqəmin 2 215 900-ü əhali, 31 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 381 186 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.

Son xəbərlər

Orphus sistemi