"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 31 062 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 19 717-si Bakı, Abşeron və Sumqayıt, 11 345-i isə regionlar üzrədir.
Energetika
11 May , 2018 12:11
Azəriqaz abunəçilərinin sayını açıqlayıb
Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 31 062 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 19 717-si Bakı, Abşeron və Sumqayıt, 11 345-i isə regionlar üzrədir. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. 

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abunəçilərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 126 910-a çatıb.

Son xəbərlər

Orphus sistemi